Qəbələ VII Beynəlxalq Musiqi Festivalı ansamblımızın üzvlərində çox dərin təəssüratlar yaratdı. Xüsusilə də tamaşaçıların konsertimizə münasibəti bizi ruhlandırdı.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Qəbələ VII Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan İspaniyanın "Barselona və Flamenko” ansamblının üzvü Luis el Qranaino deyib.
Azərbaycanda auditoriya qarşısında ilk dəfə çıxış etdiklərini bildirən L.Qranaino festivalın tamaşaçılarına və Qəbələnin gözəl təbiətinə heyran qaldığını vurğulayıb: "Ölkənizi çox sevdim. Qəbələ səhnəsindəki iki saatlıq konsertimizdən sonra tamaşaçıların ayaqüstə dayanmadan bizi alqışlaması məni təəccübləndirdi. Bizim ansamblın üzvləri tamaşaçılara hörmət əlaməti olaraq yenidən onlara iki flaminko rəqsi nümunəsi təqdim etdi. Biz Azərbaycandan xoş təəssüratlarla ayrılırıq”.
O, Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkil olunmasından da razı qaldığını bildirərək deyib: "Burada konsertlər möhtəşəm keçir. Belə festivalla hər bir ölkə fəxr edə bilər. Bəzi Avropa ölkələrində bu cür, yəni açıq havada festival hələ də yoxdur”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL