Eldar Əzizov “Tarqovı”dakı səkiləri satışa çıxardı

Eldar Əzizov “Tarqovı”dakı səkiləri satışa çıxardı

Bakının Səbail rayonuna bir müddət öncə icra başçısı təyin edilmiş Eldar Əzizov Sumqayıtdan qalan ənənələrlə işə başlayıb.

Azxeber.com-un əldə etdiyi məlumata görə, Eldar Əzizov devalvasiyanın manat üzərindəki qalibiyyətini nəzərə alaraq Nizami küçəsində yerləşən bir sıra restoran və obyektlərə yeni "şapkalar” müəyyənləşdirib.

Bundan başqa bir müddət bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti restoranların qanunsuz olaraq zəbt etdiyi ərazidəki çətirlərin, otaq və oturacaqların sökülməsi ilə bağlı verdiyi qərar hazırda tamamilə lazımsız bir kağız parçasına çevrilib. Düzdür, bu qərar sona qədər icra edilməsə də keçmiş başçı Asif Əsgərov "Şaurma”, "Mado”, "Namlı kabab”kimi restoranların zəbt etdiyi əraziləri paytaxt sakinlərinə geri qaytarmağa nail olmuşdu. Bir neçə gün sonra isə "Mado” ilə "Namlı kabab”restoranları əvvəlki kimi fəaliyyət göstərməyə davam etmişdilər.

Artıq şəhər sakinlərindən oğurlanaraq iş adamlarına satılan səkilərə "Şaurma” restoranı da sahib olub. Vəzifəyə yeni təyin edilən Eldar Əzizov bu restoranın illərdir əlindən alınan küçə ticarətini onlara geri qaytarıb. Təbii ki, icra başçısının bu restorana yaşıl işıq yandırması maraq cəlb etməyə bilməz.

Qeyd edək ki, Səbailin icra başçısı Eldar Əzizov "ikinci Sumqayıt ssenarisini” həyata keçirməyə başlayıb. Bu ssenari üzrə iş adamlarından və obyektlərdən alınan aylıqlar artırılıb və eyni zamanda başçının əmri ilə Batamdar qəsəbəsində bir sıra evlərin söküntüsünə start verilib.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az