Yeni il ərəfəsində Bakıda 5 gün ardıcıl kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.
VİZUAL.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, yarmarkalar dekabrın 26-dan 31-dək davam edəcək.
Yarmarkalar Bakı ilə yanaşı, Sumqayıt şəhərində də keçiriləcək. Satış yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyat və Sənaye Nazirliyi tərəfindən təşkil olunacaq.
Qurum rəsmisinin sözlərinə görə yarmarkaların fəaliyyəti yalnız insanların kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəmir. Eyni zamanda fermerlər istehsaldan gəlir əldə etmək imkanı qazanırlar.
Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq bir neçə ildir keçirlir. Yarmarkaların keçirilməsində əsas məqsəd süni qiymət artımının qarşısını almaq və alıcıları daha ucuz qiymətlərlə satılan məhsullarla təmin etməkdir.|ANS
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL