Bərdədə ağır YOL QƏZASI -Ölən var
Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Miq.Az xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində baş verib. Yüksək sürətin səbəb olduğu ehtimal edilən hadisədə "Ford" markalı yük maşını ilə "VAZ 21 015" markalı minik maşını toqquşub. Minik maşınının sürücüsü, Ağdam rayon sakini, 1978-ci il təvəllüdlü Abdullayev Müşfiq Mikayıl oğlu vəfat edib. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alanlar da var.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar başladılıb.
Emin Şirvanzadə
Miq.Az