BİLSƏN ƏGƏR...
Əli Mehdi
Qovuşub kədərlə gülüş yerləri,
Qirişib üzündə öpüş yerləri,
Yadına düşəndə görüş yerləri,
Ağlaya bilirsən, məni də ağlat.
Nə vaxtdır, donmuşam baxışlarında,
Xatırla, isinər baxışların da,
Axıb çaya dönən göz yaşlarında,
Çağlaya bilirsən , məni də çağlat.
Əsən külək, coşub getdi hayana?
Saldı bizi ayri-ayrı ünvana,
Ümidini, itirilmiş gümana,
Bağlaya bilirsən, məni də bağlat.
Ömür də ötüşür fəsillər kimi,
Qəlbdə nakam sevgi, əsirlər kimi,
Bitməmiş bu romanı, sirrlər kimi,
Saxlaya bilirsən, məni də saxlat.
Əli Mehdi bəlkə boşa yaşayır,
Ruhunla ürəkdə qoşa yaşayir.
Görərsən, bir anlıq boşa, yaşayır?
Yoxlaya bilirsən, məni də yoxlat.
Miq.Az