BMT Baş Assambleyasının sabiq prezidenti, Antiqua və Barbudanın daimi nümayəndəsi Con Eş saxlanılıb.
Vətəninfo.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bir müddət öncə Nyu-York prokurorluğu C. Eşi çinli biznesmenlərdən 1,3 milyon dollar rüşvət götürməkdə ittiham edib.
Bildirilir ki, 500 min dollar qarşılığında C. Eş BMT baş katibinə Makaoda BMT-nin konfrans mərkəzinin inşası ilə bağlı sənədlər hazırlayıb. Kompeksin tikintisi ilə milyarder Nq Lap Senqanın şirkəti məşğul olub.
C. Eşə həmçinin "Rolex” saatı, BMW avtomobili və evinin heyətində 30 min dollarlıq basketbol meydançası tikilərək hədiyyə verilib.
O da müəyyən olunub ki, çinli maqnatın vasitəçiliyi ilə C. Eşin həyat yoldaşına ayda 2,5 min dollar maaşı olan qeyri-hökumət təşkilatlarından birində iş verilib. Bu rüşvət sxeminə qoşulmaqda təqsirli bilinən 4 biznesmenə qarşı da ittiham irəli sürülüb.
BMT baş katibi Pan Gi Mun irəli sürülən ittihamlardan dəhşətə gəldiyini və dərin narahatlıq keçirdiyini bildirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL