Bu gün Avropa Oyunlarında boks yarışları başlayıb.
Vətəninfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Azərbaycan yığmasının 6 boksçusu yarımfinala keçmək üçün rinqə çıxacaq.
60 kq çəki dərəcəsində Albert Səlimov saat 14:00-da bolqarıstanlı Elian Dimitriovla üz-üzə gələcək.
64 kq-da Sotomayor Kollazo rumıniyalı Daniel Nikulesku ilə üz-üzə gələcək. Görüş 20:15-də başlayacaq.
69 kq çəki dərəcəsində Pərviz Bağırov almaniyalı Baraou Abassla qarşılaşacaq. İdmançılar yarımfinal üçün rinqə 21:15-də çıxacaqlar.
91 kq-da Abdulkadir Abdullayev 21:30-da fransalı Omba Bionqolo Polo ilə münasibətlərə aydınlıq gətirəcək.
Qadınlar arasında 51-54 kq yüngül çəki dərəcəsində Anna Əlimərdanova bolqarıstanlı Stanimira Petrova ilə qarşılaşacaq. Tərəflər 12:45-da rinqə ayaq basacaqlar.
60-64 kq çəki dərəcəsində Elena Vistoropova 19:15-də böyük britaniyalı Rian Sandi ilə qarşılaşacaq.
***
Hazırda 51-54 kq yüngül çəki dərəcəsində Azərbaycan təmsilçisi Anna Əlimərdanova bolqarıstanlı Stanimira Petrova ilə qarşılaşır.
Anna Əlimardanova 3:0 hesablı qələbə qazanaraq yarımfinala çıxıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL