Azərbaycan boks millisi ciddi itki ilə üzləşib.
Vətəninfo.az APA-ya istinadla bildirir ki, +91 kq çəki dərəcəsində yarımfinala yüksəlməklə, ən azı bürünc medalı özünə təmin edən Məhəmmədrəsul Məcidov Avropa Oyunlarında çıxışını başa vurub.
Buna səbəb onun zədələnməsidi. Bu üzdən də ikiqat dünya və Avropa çempionu, Olimpiadanın bürünc mükafatçısı sabah rusiyalı Qasan Qimbatovla keçirilməli olan döyüşə çıxmayacaq. Sonuncu birbaşa finala yüksələcək.
Komandamızın məşqçisi Nəriman Abdullayev bildirib ki, həkimlərin rəyinə əsasən Məhəmmədrəsulun zədəli rinqə çıxması təhlükəsiz deyil: “Məcidov çox ağır zədə alıb. Bu cür döyüşmək mümkün deyil. O, bu səbəbdən də çıxışını başa vurub”.
Məcidovun 1/4 finalda türkiyəli Əli Dəmirəzənlə görüşdə başından zədələndiyi bildirilir.
Qeyd edək ki, Bakı-2015-də 11 boksçumuz yarımfinalda iştirak hüququ qazanıb. Onlardan Məcidov bürünc medalla kifayətləndiyi halda, digərləri 1/2 final döyüşlərində mükafatın əyarını yüksəltməyə çalışacaqlar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL