Vətəninfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "ADDİM" Gənclər təşkilatı 2ci No Smoking Film Festivalını həyata keçirir. Artıq ikinci ildirki dünyada ilk dəfə olmaqla ölkəmizdə gerçəkləşən festivalın siması tütün əleyhinə davamlı mübarizə aparan xalq artisti Brilliant Dadaşovadır. "Siqaret çəkməkdənsə FİLM çək" devizi altında gerçəkləşən festivalda məhz siqaret əleyhinə qisametrajlı filmlər nümayiş olunub, qiymətləndiriləcək. Bundan başqa festival çərçivəsində Azərbaycanın müxtəlif regionlarında kütləvi promolar və tematik film nümayişləri nəzərdə tutulmuşdur. Festivalın bu ilki tanıtım kompaniyası çərçivəsində xalq artisti Brilliant Dadaşova gənclərlə çəkildiyi reklam rolikini səhifəsində paylaşaraqbunları söyləyib "Ümidvaram sağlam həyat tərzi naminə başladığımız propoqanda qısa müddət ərzində öz bəhrəsini verəcək və biz gələcək nəsillərimizə sağlam, tüstüsüz bir dünya bəxş edə biləcəyik".
Qeyd edək ki "Addım" Gənclər Təşkilatı tərəfindən gerçəkləşdirilən festivala ötən il Azərbaycanda rekord s ayda 48 yerli film təqdim olunmuşdu. Bu il isə festivalda iştirak üçün əcnəbi rejissorlar da müraciət ediblər. 31 May "Beynəlxalq tütün əleyhinə mübarizə günündə" isə festivalın gala gecəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
Vətəninfo.az