Oktyabrın 3-də Britaniyanın məşhur teatr dərnəyi "Shakespeare's Globe"nin dünya turu çərçivəsində "Hamlet" tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.
Tamaşa British Council və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə nümayiş olunacaq.
Londonun "Shakespeare's Globe" teatrı sözügedən layihəni dünya şöhrətli dramaturq Şekspirin anadan olmasının 450 və vəfatının 400- cü ildönümü münasibətilə həyata keçirir. Tamaşanın 2016-cı ilin aprel ayınədək dünyanın əksər ölkələrdə nümayişi planlaşdırılır.
Dünyada 100-dən artıq ölkədə nümayiş olunan tamaşanın Akademik Milli Dram Teatrındakı nümayişi subtitrlər vasitəsilə teatrsevərlərə təqdim ediləcək.
Tamaşanın biletlərini paytaxtın teatr kassalarından əldə etmək mümkündür.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL