“Azərbaycanda idman, gənclər sahəsində həyata keçirilən islahatlar sürətlə gedir. Bu gün elə bir regionumuz yoxdur ki, orada Olimpiya Kompleksi olmasın”. bunu Milli Məclisin plenar iclasında deputat Fuad Muradov “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklər barədə layihəyə münasibət bildirərkən deyib . O bildirib ki, regionda fəaliyyət göstərən olimpiya komplekslərində bir çox problem də mövcuddur.
Fuad Muradovun fikrincə, gələcəkdə həmin komplekslərin büdcədən maliyyələşməsi məsələsinə baxılmalıdır: “Orada olan şərait imkan verir ki, biz həmin yerlərdə regional səviyyədə tədbirlər həyata keçirək. Ancaq buna görə büdcə lazımdır”.
Fuad Muradov sözügedən qanun layihəsinin 41.4 maddəsində nəzərdə tutulan kütləvi yerlərdə keçirilən idman tədbirlərinə qadağalar qoyulması məsələsinə də münasibət bildirib.
Deputat qeyd edib ki, maddədə siqaret çəkmək, alkoqollu içkilərə qadağa qoyulması məsələsi öz əksini tapıb: “Mən bilirəm ki, bir çox qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlər var. Çox yaxşı olardı ki, biz bunları bir araya yığıb siqaretin qadağası ilə bağlı qanun qəbul edək. Bu gün gənc nəslə siqaretlə bağlı təsir edən çox ciddi problemlər var. Biz öz məsuliyyətimizi dərk edərək gələn həftədən gənclər təşkilatları ilə birlikdə siqaret əleyhinə böyük bir kampaniyaya başlayacağıq. Düşünürəm ki, Milli Məclis də bundan kənarda qalmamalıdır”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR