Eyni zamanda "Space” televiziyasında 30 iyun
2015-ci il tarixdə saat 14.30-da efirə gedən "Günaydın” verilişində
proqrama verilmiş tələblərə əməl edilməməsi, 03 iyul 2015-ci il tarixdə
saat 11.00-da efirə gedən "Əsl şou” verilişində ədəbsiz ifadələrdən
istifadə edilməsi, eyni zamanda 11 may, 12 may, 13 may, 14 may, 15 may,
03 iyun, 08 iyun, 17 iyun, 22 iyun, 24 iyun, 30 iyun, 03 iyul, 05 iyul,
06 iyul 2015-ci il tarixlərdə reklamın yayımı ilə bağlı qanunverciliyin
tələblərinin ("Televiziya və radio yayımı haqqında” Azərbaycan
Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 32,
35.4, 35.5, 35.7-ci maddələri) pozulmasına görə "Space Müstəqil
Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilib.