Bu iki ölkə Türkiyə ilə savaşa hazırlaşır? – Başbuğdan şok iddialar

Bu iki ölkə Türkiyə ilə savaşa hazırlaşır? – Başbuğdan şok iddialar

Təqaüddə olan kəşfiyyat polkovniki Coşqun Başbuğ ABŞ-ın Yunanıstandakı hərbi qüvvələrinin sayını artırmasına münasibət bildirib.

Miq.Az xəbər verir ki, buradakı hərəkətliliyin Türkiyə üçün də təhdid yaratdığını bildirən Başbuğ bununla belə, ABŞ-ın birbaşa ölkəsini hədəf almadığını, məqsədinin başqa olduğunu deyib.

Onun sözlərinə görə, ABŞ-ın Yunanıstanla yaxınlaşması hər iki ölkənin çarəsizliyindən qaynaqlanır:

"Yunanıstanın mütləq kiməsə sarılması lazımdır. Fobiya halına gələn Türkiyə qorxusu onu təkbaşına hərəkət etməsinə imkan vermir. Türklərə qarşı düşmənçilik Yunanıstanda dövlət siyasətinə çevrilib. ABŞ bu baxımdan Yunanıstana tam uyğun gəlir. Mitsotakis ölkənin açarını ABŞ-a verib. Bu, ABŞ üçün ələdüşməz fürsətdir. Həm Türkiyəni, həm də Rusiyanı mühasirəyə alaraq, yedəkləmək istəyir”.

Dədəağacdakı hərbi fəallığın birbaşa Türkiyəyə yönəlmədiyini vurğulayan Başbuğ söyləyib:

"ABŞ-ın Yunanıstanla son hərbi fəaliyyəti bir neçə məqsəd daşıyır: birincisi, Rusiyanı mühasirəyə almaq, ikincisi Türkiyəni yedəkləmək. ABŞ-ın məntiqinə görə, bununla bizi qorxudur. Bu bir niyyət və məqsəddir. ABŞ-ın başqa bir görünməmiş niyyəti və məqsədi Pirey limanıdır. Orada ciddi şəkildə ilişib qalıblar. Orada da ciddi planlar qurur. O, həmçinin Çinin qarşısını almaq istəyir. Miçotakis də ona dedi ki, "Ölkə sizindir”. ABŞ da bu fürsəti haqlı olaraq əldən verməyəcək”.

Başbuğ bildirib ki, Rusiya da Yunanıstandakı gəlişmələrdən narazılığını dilə gətirməyə başlayıb.

Onun sözlərinə görə, ABŞ təkcə Dədədağacı yox, həm də Rusiyanı, o cümlədən Bolqarıstan və Rumıniya da daxil olmaqla Qara dəniz bölgəsini blokadaya almağın yollarını axtarır:

"Çinlə balans yaratmaq üçün də addımlar atır. Türkiyəyə isə hədə-qorxu gəlir, mühasirəyə almağa çalışır. Amma düşünmürəm ki, ABŞ Türkiyəyə qarşı hərbi addım atacaq. Çünki ABŞ Türkiyə ilə müharibə meydanında üz-üzə gəlmək istəməyəcək qədər ağıllı dövlətdir. Ağ Evin sözçüsü də dövlətin niyyətini göstərən ifadə işlətdi. O bildirdi ki, ABŞ Türkiyə ilə heç vaxt müharibə istəmir. Bu, 35 əsgərlə görüləcək iş deyil. ABŞ bunu yaxşı bilir. Türk ordusu da hazırda dünyanın ən yaxşı ordusudur. Ona görə də bu hadisələri müharibə gəlişməsi kimi qiymətləndirmək olmaz”.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az