"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini (BMCMİ) daha iki üzrə məhkəmə verib.
Bu barədə "Report”a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Belə ki, C.Hacıyev ona gətirilən sovqatın qəbul edilməsini, sovqatın qəbul edilməmisinin qanunsuz sayılmasını, həmçinin vəkillə özü arasındakı yazışmalarda konfedensiallığın pozulmasının qanunsuz hesab edilməsini istəyir.
Bundan başqa, C.Hacıyev BMCMİ-də saxlanılmasının qanunsuz sayılması barədə də məhkəmədə iddia qaldırıb.
Hər üç iddiaya sabah – dekabrın 17-də Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.
C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL