Azərbaycan prezidenti İlham Əliyev "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə dəyişikliklə bağlı fərman imzalayıb.
Dəyişiklik "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi çərçivəsində Ədliyyə Nazirliyinin vəzifələri ilə bağlıdır.
İndiyə qədər Ədliyyə Nazirliyinin məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi səlahiyyəti olub. Dəyişikliyə əsasən isə bundan sonra Ədliyyə Nazirliyinin məhkəmənin əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi səlahiyyəti olacaq.
Miq.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL