Deputat Ankarada partlayış törədən qızı dəstəklədi – FOTO

 Deputat Ankarada partlayış törədən qızı dəstəklədi – FOTO
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) erməni əslli deputatı Selina Doğanın martın 13-ü Ankarada törədilən terror aktı ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım ölkədə qalmaqala səbəb olub.

Millət vəkili öz "Twitter” səhifəsində kamikadzeni zərərikmiş kimi göstərərək, onun törətdiyi terror aktına haqq qazandırıb./azvision.az/

"1992-ci il təvəllüdlü bir qadını, bədənini partladaraq ölüm saçmağa aparan səbəbləri müzakirə etmədikcə terrorla mübarizə yalandır.” – deyə Selina Doğan"Twitter” səhifəsində yazıb.

Sosial şəbəkə istifadəçilərinin kəskin etirazından sonra erməni əsilli millət vəkili "yanlış anlaşıldım” deyərək qalmaqallı "tviti”ni silib.

Qeyd edək ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümü, 125-dən çox insanın yaralanmasına ilə nəticələnən terror aktı törədilib. Hadisənin Səhər Çağla Dəmir adlı tələbə qız tərəfindən törədildiyi məlum olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az