Dünyada korona şoku: Ölüm faizi getdikcə artır

Dünyada korona şoku: Ölüm faizi getdikcə artır

Dünyada COVID-19 virusuna yoluxanların sayı 157 milyonu ötüb.

Miq.Az xəbər verir ki, ötən müddət ərzində 3,2 milyon insan virus səbəbilə dünyasını dəyişib, sağalanların sayı isə 135 milyona çatıb.

Mutasiya keçirmək xüsusiyyəti infeksion xəstəliklərə xas olan əlamətdir. Daha əvvəl COVID-19-un Britaniya və Cənubi Afrika ştammları yayılmışdı. Hazırda isə sürətlə Hindistan ştammı yayılmaqdadır. Virusun tüğyan etdiyi ölkələr arasında ən ağır vəziyyət Hindistandadır. Belə ki, burada virusa yoluxan və ölənlərin sayı sürətlə artır. Ötən 24 saat ərzində 401 078 nəfər yoluxub, 4 187 nəfər ölüb. Ölkə üzrə 238 270 nəfər virusa yoluxaraq həyatını itirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az