AzTV-nin Musiqi verilişləri departamentinin rəhbəri Nadir Axundov tutduğu vəzifədən azad edilib.
Vizual.az xəbər verir ki, bu haqda AFN.az informasiya yayıb. Xəbərdə bildirilir ki, N.Axundovun vəzifədən azad edilməsi "MTN işi” ilə bağlıdır. Belə ki, o, bir müddət əvvəl ciddi nöqsanlarla vəzifəsindən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın qohumdur:
"Nadir Axundov Eldar Mahmudovun yeznəsidir. Daha dəqiqi, onun bibisi qızı ilə ailəlidir”.
"Qafqazinfo” məsələ ilə bağlı AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxlayıb. X. Qasımova bildirib ki, N. Axundovun işdən azad edilməsi ilə bağlı onda məlumat yoxdur. Həmçinin qeyd edib ki, Nadir Axundov Musiqi verilişləri departamentinin rəhbəri deyil:
"O, "Mədəniyyət” telekanalının direktor müavinidir”.

Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?