AXCP EQTK Ədliyyə Nazirliyinə 27 sentyabrda Əli Kərimlinin qurultay adıyla keçirdiyi toplantısında baş vermiş qanun pozuntularıyla bağlı müraciət edib. Bu barədə AXCP EQTK-nın mətbuat katibi Vüsal Qarayev məlumat verib.
Mətbuat katibinin sözlərinə görə müraciətdə bildirilir ki, 27 sentyabr 2015-ci il tarixində səlahiyyətləri 25 sentyabr 2014-cü ildən bitmiş AXCP sədri Əli Kərimli AXCP-nin qurultayı adıyla tədbir keçirib və bu tədbir partiyanın nizamnaməsinin tələbinə ziddir:
"Partiya nizamnaməsinin tələbinə əsasən qurultayı 4 ildən gec olmayaraq keçirilməlidir. AXCP isə son qurultayını 25 sentyabr 2010-cu ildə keçirmişdir. Bundan başqa tədbirdə partiyanın nizamnaməsinin tələbinə zidd olaraq qurultay nümayəndələri iştirak etməyiblər. AXCP üzvləri adıyla tədbirin keçirildiyi məkana insanları toplayaraq qurultay keçirilməsi fonu yaradılıb”.
Qeyd edək ki, "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanunun 6-cı maddəsinin 7-ci bəndində göstərilir ki, siyasi partiyanın rəhbər orqanlarının təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri nizamnamədə göstərilməlidir. Nizamnaməyə əsasən isə partiyanın seçkili orqanlarının səlahiyyət müddəti 4 ildi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL