Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reinderslə görüşüb. Vətəninfo.az SİA-ya istinadən məlumat verir ki, həm təkbətək, həm də geniştərkibli nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanla Belçika arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan geniş imkanlar, Azərbaycanın regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olması, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional, beynəlxalq məsələlər və digər məsələlər müzakirə olunub.
Tərəflər iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib, bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib. Jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR