Əlvida, ABŞ: Lavrov İrəvanı bu sənədi imzalamağa məcbur etdi

Əlvida, ABŞ: Lavrov İrəvanı bu sənədi imzalamağa məcbur etdi

Ermənistan və Rusiya bioloji təhlükəsizlik haqqında memorandum imzalayıblar.

Miq.Az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

"Biz bioloji təhlükəsizliyin təmin olunması məsələləri haqqında hökumətlərarası memorandum imzalamışıq. Sənəd bu həssas sferada əməkdaşlığa vacib töhfə verməlidir”, – deyə o bildirib.

Lavrov bu məsələnin digər MDB ölkələriylə də gündəmə gətiriləcəyini deyib.

Qeyd edək ki, Rusiya bundan öncə dəfələrlə Ermənistanı ABŞ-ın biolaboratoriyalarını öz ərazisində yerləşdirməklə bağlı ittiham edib. 2019-cu ildə Rusiya bu laboratoriyalara mütəxəssislərin buraxılmasıyla bağlı İrəvanla memorandum imzalamağa çalışsa da, alınmamışdı. 2020-ci ildə isə İrəvan memorandumun layihəsində laboratoriyalara girişlə bağlı heç bir bəndin olmadığını demişdi.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az