Emma: "Övladımızı hamıdan gizlədirik"

Emma:
Müğənni Emma Ələkbərzadə həyat yoldaşı Emil Çingizlə birlikdə "ATV Maqazin” kamerası qarşısına keçib.
İfaçı yeni doğulan oğlu Davidi hər kəsdən gizlətdiyini bildirib:
"Onu nəinki mediadan, hər kəsdən gizlədirik. Xoşlamıram uşağı efirə, dərgilərə çıxarmağı. Yoldaşım da mənim fikrimlə razıdır. Biz hər şeyə birlikdə qərar veririk”.
E.Ələkbərzadə qayınanası ilə münasibətindən də danışıb:
"Mənim kimi gəlin yoxdur. Qayınatam dünyasını dəyişib. Qayınanam Olqa xanım isə gözəl qadındır. Ondan ayrı qalırıq. Ayda üç-dörd dəfə gedib-gəlirik. Amma telefonla tez-tez danışırıq. Hərdən Emil deyir ki, ver məndə anamla danışım”.
Müğənninin həyat yoldaşı aşpazlıq bacarığından bəhs edib:
"Biz mehribanıq. Valideynimlə daim ünsiyyətdə oluruq. Çox qonaq gələndə yeməyi özüm hazırlayıram. Onları təəccübləndirməyi xoşlayıram”.
Axşam.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az