"O səs Türkiyə" yarışmasında "Üsyan", "Yanğın var" ifaları ilə məşhurlaşan Ayda Mosarraf "VI THE FIRST" mükafatlandırma mərasiminə qatılıb.
Vizual.azxəbər verir ki, mükafatlandırılan müğənni "Qafqazinfo"ya açıqlamasında Azərbaycanda ilk dəfə qonaq olduğunu bildirib:
"İki gündür ki, Azərbaycandayam. Gəzmək imkanım olmadı, hava limanından gələndə yol boyu ətrafa göz gəzdirdim. Çox gözəl şəhərdir. Milli yeməklərinizdən də yemək imkanım olmadı, amma Azərbaycanın zəngin mətbəxi olduğunu bilirəm. Məni mükafata layiq gördüyünüz üçün təşəkkür edirəm. Burda olduğum üçün xoşbəxtəm”.
İfaçı yaradıcılıq işlərindən də söhbət açıb:
"Mahnı axtarışındayam. Mahnılarım çox azdır. Köhnə mahnıları ifa etməyi sevirəm. Səsləndirəcəyim mahnı hislərimi ifadə edə bilməlidir. Bu dövrdə yaxşı mahnı tapmaq çətindir. Yeni layihələr üzərində çalışıram. İngilis dilində mahnılar yazıram, hələ ki, türkcə mahnı bəstələyə bilmirəm. Azərbaycan mahnılarını da çox sevirəm. Köhnə mahnılardan ifa etmək istəyərəm”.
Qeyd edək ki, tədbirin təşkilatçısı Xəyal Rzadır.




TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL