Teleaparıcı Mətanət Əliverdiyeva oğlu Oktayla birgə "Bizimləsən” verilişinin qonağı olub.
Qafqazinfo-nun məlumatına görə, teleaparıcı birinci həyat yoldaşından dostcasına ayrıldığını qeyd edib:
"Çox erkən ailə qurmuşam. Oktayı 19 yaşımda dünyaya gətirmişəm. Qızların erkən evlənməsini məsləhət görmürəm. Oktayın atası və nənəsi ilə əlaqəsi var. Mən keçmiş həyat yoldaşımla elə görüşüb-öpüşürəm ki, hamı barışdığımızı başa düşür. Dostcasına ayrıldıq. Arada Oktay var. Onlara getmişəm, keçmiş qayınanamın mənə göstərmədiyi qayğını indi görürəm. Deyirəm ki, bunu vaxtında edərdin də...Uşaqlarımı min kişidən üstün tuturam”.
Mətanət Əliverdiyeva ilk dəfə ikinci ailə həyatının dağılması barədə açıqlama verib:
"İkinci dəfə ailə həyatı qurdum. Amma həyatdı da... Belə şeyləri nümayiş etməyi sevmirəm. Sevgi öləndə mənim üçün həyat ölür. Mən bu cür insanam. Həyatı güclü sevgidə görürəm. Xeyr, uşaq ailəni bağlamır. İki uşağım var, Allah hamının balasını saxlasın. Bir müddət əvvəl ikinci evliliyimdə sona çatdı. Məni heç kim anlamadı”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL