Ərdoğan: “Ukraynada axan qanı dayandırmaq üçün çox çalışdıq”

Ərdoğan: “Ukraynada axan qanı dayandırmaq üçün çox çalışdıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasındakı münaqişədən danışıb. 


Bölgədə sülh və sabitliyin bərqərar olması üçün də səmimi səylər göstərdiklərini vurğulayan Ərdoğan sözlərini belə davam etdirib:

"Biz ilk gündən Rusiya ilə Ukrayna arasında müharibəni və axan qanı dayandırmaq üçün çox çalışdıq. Hər iki liderlə yaxın dostluğumuzdan istifadə edərək, müxtəlif hallarda Rusiya və Ukrayna hakimiyyətini ölkəmizdə bir araya gətirdik.

Qara dəniz üzərində "taxıl dəhlizi” və əsir mübadiləsi sazişini reallaşdırılmaqla bu məsələlərin diplomatik həllinin mümkünlüyünü nümayiş etdirdik.

Enerji və ərzaq böhranının bütün dünyaya, xüsusilə də yoxsul ölkələrə təsir etdiyi bir vaxtda Qara dəniz və boğazlar vasitəsilə 11 milyon tondan çox taxıl daşınmasını təmin etdik. İnanırıq ki, "taxıl dəhlizi” dsazişinin uzadılması xüsusilə afrikalı qardaşlarımızın çətinliklərini yüngülləşdirəcək. Ümid edirəm ki, Afrika qitəsinə taxıl daşınmasını həyata keçirərək bu prosesə dəstək verəcəyik”./Yenisabah.az/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az