Ərəb şeyxləri indi də Saatlıda

Ərəb şeyxləri indi də Saatlıda
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəraları davam edir. Onlar ov üçün indi də Saatlıya gediblər.
Vətəninfo.az "Qafqazinfo”ya istinadən  xəbər verir ki, Saatlı sakinlərinin verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələyiblər.
"Belə görünür ki, ərəb qonaqlarımız Saatlıda hələ uzun müddət qalacaqlar. Belə ki, hər evi 4-5 aylığa kirayələyib və bunun üçün hər evin sahibinə bəri başdan 12000 manat ödəyiblər” - deyə rayondakı mənbələrimiz bildirib. Məlumata görə, ərəb zənginləri ov əyləncəsi üçün Azərbaycanın ən böyük göllərindən olan Sarısu gölünün ərazisini seçiblər. Saatlıda yerləşən Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.
Ərəb ovçuları artıq həmin əraziyə bir neçə konteynerdə ləvazimat da daşıyıblar. Kənar şəxslərin bu əraziyə girişi qadağan edildiyindən yerli sakinlərdə qonaqların hansı ov əyləncəsi ilə məşğul olacağı barədə məlumat yoxdur. Yerli sakinlər ova gələnlərin kim olduqlarını da bilmirlər.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az