Rusiyanın Azərbaycana silah satışı xırda məsələdir, buna görə Moskva-İrəvan münasibətləri zərər görməməlidir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan bildirib. Onun sözlərinə görə, Rusiya silah satmasa, Azərbaycan silahı ABŞ, Almaniya və Fransadan ala bilər.
“Ermənistan ictimaiyyəti doğrudan narahatdır, insanlar anlamır ki, niyə dost Rusiya bizim düşmənimizi silahlandırır? Amma başa düşmək lazımdır ki, siyasət nəsə fərqli şeydir və ona səthi yanaşmaq olmaz”, - deyə Şirxanyan bildirir.
Son bir neçə gündə işğalçı Ermənistan ordusu qoşunların təmas xəttində 20-dən çox əsgərini itirib. Bu, ölkə əhalisində ciddi qorxu yaradıb. Dünən İrəvanda əsgər anaları Serj Sarkisyanın administrasiyası ətrafında etiraz mitinqi keçirərək Ermənistan vətəndaşlarını Azərbaycan ərazilərində həlak olmasına aydınlıq gətirilməsini istəyiblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR