Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə” kitabı nəşr olunub. AZƏRTAC xəbər verir ki, 126 səhifəlik kitabın tərtibçi müəllifi “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğludur.
Kitaba “Ön sözü” Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyev yazıb.
Adından da göründüyü kimi, kitabda bu gün dünyada hegemonluq iddiasında olan, bir əsrdən artıqdır ki, ermənilərin Anadolu və Qafqazda türk-müsəlman əhaliyə qarşı soyqırımı və deportasiyaya hər cür hərbi-siyasi dəstək verən böyük dövlətlərin təmsilçilərinin - tarixçi alim, siyasətçi, diplomat, tədqiqatçı və yazarlarının görüb şahid olduqları, qələmə aldıqları materiallar toplanıb. Erməni yalanlarını ifşa edən ən mükəmməl mənbə isə elə ermənilərin özlərinin yazdıqlarıdır.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL