Amerika erməni lobbisi Suriyada yaşayan ermənilərin Türkiyədən keçərək Ermənistana getməsi məqsədilə “Əlican” sərhəd qapısının açılması üçün Ağ evə ərizə ilə müraciət edib.
“Daniel 1” imzası ilə yazılan və Ağ evin rəsmi internet səhifəsində nümayiş olunan ərizədə, “Obama administrasiyasından suriyalı erməni qaçqınlara Ermənistan-Türkiyə sərhəddinin açılması üçün rəsmi Ankaraya müraciət etməsini istəyirik” – yazılıb. Ərizədə çox az erməninin hava yollarının xidmətlərindən istifadə edə bildiyi, digərlərinin ölkədən sadəcə avtobus və avtomobillə Suriyadan qaça bildiyi qeyd edilib, bu ölkədə 200 000 erməni olduğu vurğulanıb.
Qeyd edək ki, rəsmi Ankaranın bu müraciəti müsbət qarşılamadığı bildirilir. Xarici İşlər nazirliyi mənbələri Suriya ermənilərinin də başqa Suriya vətəndaşları kimi Türkiyəyə keçməsinin qarşısında heç bir maneə olmadığını, həmçinin arzu edən erməninin İstanbuldan təyyarə ilə Ermənistana gedə biləcəyini vurğulayır./anspress/
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR