Ermənilər general Muradovdan şikayətləndi – Sülhməramlılara yeni rəhbər təyin olundu

Ermənilər general Muradovdan şikayətləndi – Sülhməramlılara yeni rəhbər təyin olundu

Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentinə yeni komandan təyin olunub.
 
Miq.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-leytenant Rüstəm Muradov yaxın günlərdə bölgəni tərlk edəcək. Onun yerinə Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Aleskey Avdeevin təyin olunması gözlənilir.
 
Sülhməramlıların yeni rəhbəri bu gün Xankəndiyə gələcək.
 
Rüstəm Muradovun Ermənistan tərəfinin təkidi ilə əvəzləndiyi bildirilir. Belə ki, Muradov Ermənistan hakimiyyətinin diversabtların qaytarılması ilə bağlı yalan məıkumatına cavab olaraq "Ermənistan hakimiyyəti öz xalqını aldadır”- deyə açıqlama vermişdi.

Miq.Az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az