Vətəninfo.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Azərbaycan Respublikası baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə cavab verib. ANS PRESS-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan Azərbaycan tərəfinin əsirlərlə bağlı təklifinə etiraz edib. O qeyd edib ki, biz bu ilkin şərtləri qəbul etmirik: "Biz, bu istiqamətdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərinə hörmət edərək, vaxtaşırı Ermənistan vətəndaşlarının geri qaytarılmasının təşkili üçün təşkilata müraciət edirik".
Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistana son təklifini edib. Əli Həsənov bu barədə mətbuata açıqlama verib: "Bizdə beş nəfərdən ibarət bir erməni ailəsi var, bu yaxınlarda dünyasını dəyişən erməni diversantının meyiti var. Biz təklif etmişik ki, o erməni ailəsi və o meyiti ordakı meyit və girovlarla dəyişmək istəyirik. Dünən Qızıl Xaç Komitəsi bizə izah edirdi ki, ermənilər ancaq meyiti dəyişə bilərlər, girovu dəyişmək istəmirlər. Biz də dedik ki, bu kompleks şəkildə olmalıdır, başqa təklif qəbul etməyəcəyik".
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR