Vətəninfo.az xəbər verir ki, Gürcüstanın şimalında Devdoraks dərəsində dağ kütləsinin çökməsi nəticəsində Şimal-Qərb magistral qaz kəmərinin Gürcüstan ərazisindən Ermənistana ötürülən hissəsində rus qazının nəqli müvəqqəti olaraq dayandırılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan neft-qaz şirkəti xəbər verir.
Qəzanın aradan qaldırılması üçün hadisə yerinə Gürcüstan qazının nəqli üzrə idarənin nümayəndələri cəlb edilib. Hazırda bərpa işləri davam edir. Sürüşmə nəticəsində yolun böyük hissəsi bağlanıb. Avtomobillərin hərəkəti dayandırılıb. Şirkətin bildirdiyinə görə, porblemlərin aradan qaldırılması üzrə işlər bitən kimi Ermənistana qaz nəqli dərhal bərpa ediləcək. Şirkətdən bildiriblər ki, qəza ilə bağlı Gürcüstanın özündə qaz problemi yaşanmayacaq. Belə ki, ölkə qazı Azərbaycandan alır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR