Ermənistan Rusiyanı ittiham etdi-Şübhəli qiymətlər

Ermənistan Rusiyanı ittiham etdi-Şübhəli qiymətlər

Ermənistanın iqtisadi rəqabətin müdafiəsi üzrə Dövlət Komissiyası Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu" QSC-ni (CQDY) tarifləri əsassız yerə qaldırmaqda şübhəli bilib və müvafiq materialları Rusiya Federal Anti-İnhisar Xidmətinə təqdim edib.

Bunu çərşənbə axşamı Ermənistan parlamentində komissiya sədri Artak Şaboyan bildirib. /"Report"/

"CQDY dəmir yolu üzrə yük daşımaları tariflərini qaldırıb. Bunu şirkətin Ermənistanın vaqon parkları operatorları arasında tutduğu üstün vəziyyətindən sui-istifadə etməsi kimi hesab etmək olar. CQDY tariflərin qaldırılmasını 9 milyard dram (18 milyon ABŞ dolları) ziyanda olması ilə əsaslandırıb", — deyə Şaboyan qeyd edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az