Vətəninfo.az xəbər verir ki, 2014-cü ilin 1 iyul tarixinə Ermənistan əhalisinin rəsmi sayı 3 milyon 9 min 800 nəfər təşkil edib. ANS PRESS-in məlumatına görə, bu barədə bu ölkənin milli statistika xidməti bildirib. Məlumata görə, bu ölkənin şəhər əhalisi 1,9 milyon nəfər təşkil edib ki, onların da 1 milyon 69 mini İrəvanda qeydiyyatdadır. Kəndlərdə qeydiyyatda olan əhalinin sayı isə 1,09 milyon təşkil edir. Milli statistika xidməti 2013-cü ilin uyğun dövrünə baxanda əhalinin sayının 7,3 min nəfər azaldığını bildirib. Qurum bunu miqrasiyanın artması ilə izah edib.
Qeyd edək ki, bu göstəriciyə faktiki olaraq Rusiyada və başqa ölkələrdə yaşayan, amma Ermənistan qeydiyyatında olanlar da daxildir. Rusiya mənbələrinin məlumatına görə, bu ölkədə 700 minə yaxın Ermənistan vətəndaşı əmək miqrantı kimi çalışır. İyulda erməni miqrantlar üçün güzəştli şərtlər (qeydiyyatsız 1 il Rusiyada qalmaq imkanı və s.) təqdim edildiyinə görə, Ermənistanda 2 - 2,2 milyondan artıq insanın yaşamadığını güman etmək olar.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR