Egemən Bağış: “ATƏT-in Minsk qrupu öz vəzifələrini yerinə yetirməlidir”
“Ermənistanın şıltaqlığına son qoymaq üçün ATƏT-in Minsk qrupu öz vəzifələrini yerinə yetirməlidir”.Bu sözləri Türkiyənin Avropa İttifaqı (Aİ) məsələləri üzrə naziri və bu təşkilatla baş müzakirəçisi Egemen Bağış Brüsseldə Alman Marşal Fondu ilə birgə keçirilən forumdan sonra jurnalistlərə müsahibəsində bildirib. “Vətəninfo”nun məlumatına görə, ATƏT-in Minsk qrupu on illərdir Ermənistan ilə Azərbaycan arasında problemin həllinə heç bir konkret töhfə verəyib: “Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır, 1 milyondan çox qaçqın çadırlarda yaşayır. Ermənistan bəyan edir ki, “Eurovision – 2012” mahnı müsabiqəsində iştirak etməyəcəkdir. Onlar müsabiqədən çəkilmək yerinə, Qarabağdan çəkilsələr bu problem avtomatik olaraq həllini tapardı”.Egemən Bağış daha sonra ATƏT-in Minsk qrupunun öz vəzifələrini yerinə yetirməsinin zəruriliyini bir daha vurğulayıb t və bildirib ki,bu məsələdə məsuliyyəti öz üzərlərinə götürmüş olan Fransa, Rusiya və ABŞ qrupun həmsədrləri kimi malik olduqları səlahiyyətlərdən səmərəli istifadə etməlidirlər: “ Əgər onlar bu işi bacarmırlarsa, bunu açıq söyləsinlər və vəzifələrini işin öhdəsindən gələnlərə təqdim etsinlər. Təəssüf ki, mən bu məsələdə səmimi bir niyyət və ciddi bir səy görmürəm”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR