Əsədin uşaq qatili İŞİD-lə üzbəüz qaldı və... özünü partlatdı
Suriyanın Hələb şəhərinin Hanasır bölgəsində Əsədin uşaq qatili kimi tanınan döyüşçüsü Şəbbiha Nasim Saleh özünü partladaraq öldürüb.
Miq.az axar.az-a istinadən xəbər verir ki, adı daha çox zorlama, qətl və uşaq ölümlərində hallanan Nasim Saleh İŞİD-çilərlə döyüşü zamanı mərmisi bitdiyi üçün özünü əl qumbarası ilə partladıb.
Əsəd rejiminə yaxın mənbələrin bildirdiyinə görə, Şəbbiha Nasim Saleh Xüms şəhərində uşaqları kəsən biri kimi tanınıb.
Miq.az