AFFA Məşqçilər Komitəsi Şahin Diniyevin "Kəpəz"ə gedişindən sonra boş qalmış posta yeni namizəd irəli sürüb.
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə komitənin sədri Vaqif Sadıqov məlumat verib.
O bildirib ki, Məşqçilər Komitəsinin üzvləri bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüblər. Görüşdə komitə üzvlüyünə Əsgər Abdulllayevin namizədliyi irəli sürülüb və bu addım müsbət qarşılanıb: "Tezliklə Əsgər müəllimin məsələsi həllini tapacaq. Şahin Diniyev iyulun 1-dən "Kəpəz" klubundadır. Rəhbərlik boş qalmış posta təklif etdiyimiz namizədi müsbət qarşıladı".
V.Sadıqov komitənin digər üzvü Şakir Qəribovdan da danışıb. Onun sözlərinə görə, Ş.Qəribov "Kəpəz"ə getməyəcək və fəaliyyətini komitədə davam etdirəcək: "İki üzvün komitəni tərk etməsi bizim üçün ağır zərbə olar. Ona görə belə qərara gəldik ki, Şakir Qəribov bizimlə işləsin və aşağı yaş qrupu yığmalarına nəzarəti davam etdirsin".
Qeyd edək ki, Məşqçilər Komitəsinin üzvü olan Şahin Diniyev "Kəpəz"in baş məşqçisi təyin olunub və o, köməkçi məşqçi kimi Şakir Qəribovu Gəncəyə dəvət etmişdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL