Fabrik binası çökdü - FOTO

Fabrik binası çökdü - FOTO
Pakistandakı Pəncab əyalətinin paytaxtı Lahorda dördmərtəbəli fabrik binası çöküb.
Vizual.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 150  nəfərə yaxın insan uçqunun altında qalıb. Lahor Təhlükəsizlik İdarəsinin rəsmisi Hayder Eşref açıqladığı məlumata görə hadisə zamanı 10 nəfər dünyasını dəyişib.
Hazırda təxminən 30 nəfər yarals var. bundan başqa 100-dən artıq işçinin dağıntılar altında qaldığını bildirilir. Buna görə də ölən və yaralıların sayının artacağı istisna edilmir. Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub və dağıntılar altında qalanların xilas edilməsi üçün iş aparılır./Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az