Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib. Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Balakən kərpic zavodunun ərazisində baş verib. Balakən kərpic zavodunda işləyən fəhlələr 1978-ci il təvəllüdlü Balakən şəhər sakini Anar Ramazan oğlu Həmzətov və rayonun Gərəkli kənd sakini Anar Məhəmməd oğlu Ömərov aralarında şəxsi münaqişə zəminində mübahisə yaranıb. Münaqişə zamanı Anar Ömərov üzərində gəzdirdiyi bıçaqla Anar Həmzətova sol döş qəfəsi nahiyəsinə bir bıçaq zərbəsi endirib. Ağır vəziyyətdə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılan Anar Həmzətov yolda aldığı ağır bıçaq xəsarətindən keçinib. Anar Həmzətovun iki azyaşlı övladı olduğu bildirilir.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Hadisəni törədən Anar Ömərov əvvəl CM-nin 226.1 maddəsi ilə (qəsdən sağıamlığa ağır zərər vurma) məhkumluq həyatı yaşayıb. Hadisəni törədəndən sonra Anar Ömərov hadisə yeindən qaçıb Balakən Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Ömərov tutularaq istintaqa təhvil verilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL