Fələstin İsraili bu raketlərlə vurub: "İran istehsalıdır və..."

Fələstin İsraili bu raketlərlə vurub:

Fələstin və İsrail arasında yaşanan hərbi gərginlik davam edir.

Miq.Az xəbər verir ki, "Əl-Cəzirə” kanalı ilk dəfə Fələstindən İsrailə İran raketləri atıldığını açıqlayıb.

"Həmas”ın hərbi qanadı-İzəddin Əl-Kassam Briqadası Qəzzanın İsrail tərəfindən vurulmasından sonra Təl-Əvivi hədəfə alan hücumda ilk dəfə İran istehsalı olan "SH85" model raketlərdən istifadə olunduğunu açıqlayıb. "Əl-Cəzirə” kanalının hadisə yerində olan reportyorları Qəzzadan atılan 200-ə qədər raketin paytaxt Təl-Əviv və ətrafını hədəfə aldığını bildirib. Qəzzadan atılan və İrana aid "SH85" model raketlərin olduğu iddiası ilə yanaşı onun görüntüləri də sosial şəbəkələrdə yayılıb.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az