Miq.az xəbər verir ki, Modern.az-ın yazdığına görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və daha 7 ətraf rayonu işğal edən Ermənistan hakimiyyəti işğalçılıq siyasətinin əsas hədəfinə - Dağlıq Qarabağın dünya birliyi tərəfindən öz əraziləri kimi tanınmasına nail ola bilməyib. Əksinə, dünyadan təcrid olunmuş vəziyyətdə qalan bu ərazilərdə yaşayan 80 minə yaxın Azərbaycan ermənisi faktiki olaraq rəsmi Yerevanın girovuna çevrilib.
Hər an yeni müharibənin başlanacağı gözləntisi, yerli məmur və hərbi komandirlərin özbaşınalıq etdiyi, beynəlxalq blokada şəraitində heç bir perspektivin olmadığı Qarabağ ermənilər üçün bataqlığa çevrilib. Onlar hər vəchlə bu bataqlıqdan qurtulmağa və öz xoşbəxtliklərini Ermənistanda, Rusiyada və Qərb ölkələrində tapmağa çalışırlar.
Fransanın "Le Monde” qəzeti reportajlarının birində Qarabağdan mühacirətin miqyasını Şuşada yaşayan 29 yaşlı Surenin simasında təsvir etmişdi: "Mən Qarabağa dönmüşəm ki, evimi satım və ailəmi də götürüb Rusiyaya köçüm. Ölkə xaricində daha yaxşı çörək qazanmaq imkanımız var”.
Surenin dilindən Azərbaycan torpaqlarında yaşayan ermənilərin psixoloji durumu və narazılıqları da əks olunur. "Bizim ölkə (Qarabağdakı separatçı rejim-red.) sanki dərin yuxuya gedib. Dağlıq Qarabağın inkişafı mümkünsüzdür. Hökumət əsasən özlərini düşünən biznesmenlərdən ibarətdir. Onlar uf demədən insanları uçurumun kənarına atırlar”.
Ermənistan hakimiyyəti Qarabağda yaratdığı marionet rejimin inkişafda olduğunu, təbii artım və repatriasiya nəticəsində əhalinin çoxaldığı illüziyasını yaratmağa çalışsa da, Suren kimi sadə ermənilərin açıqlamaları bu illüziyanı sabun köpüyü kimi dağıdır. İşğal altındakı ərazilərdə son siyahıyaalama yerli əhalinin 150 minə çatdığını təntənə ilə elan etsə də, qeyri-rəsmi məlumatlar bu rəqəmin yalnız kağız üzərində olduğunu və Ermənistan ictimaiyyətini aldatmağa hesablandığını göstərir.
.jpg)
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ