Gəncə şəhər Nizami rayon Polis İdarəsinin (RPİ) iki əməkdaşı həbs edilib.
Vətəninfo.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Nizami RPİ-nin post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Nəbiyev Sakin Yaşar oğlu və polis serjantı, 1991-ci il təvəllüdlü Kazımov Tural Rasim oğlu Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinirlər. Hər iki şəxs Gəncə Şəhər Prokurorluğunda başlanmış cinayət işi ilə bağlı həbs olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə APA-ya açıqlamasında bildirilib ki, adıçəkilən şəxslər keçmiş polis işçiləridir: “Onlar əvvəllər polis orqanlarında sıravi polis vəzifəsində çalışıblar. Hazırda daxili işlər orqanlarında həmin adda şəxslər çalışmır. Onların törətdiyi əməllərin də polislə bir əlaqəsi yoxdur. Çünki onlar bir ay əvvəl mülki şəxs kimi həbs ediliblər”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR