GÖMRÜK KOMİTƏSİ ÖLKƏDƏN ÇIXIŞA “STOP” QOYA BİLƏCƏK? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir”

GÖMRÜK KOMİTƏSİ ÖLKƏDƏN ÇIXIŞA “STOP” QOYA BİLƏCƏK? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir”
Gömrük Komitəsinin sahibkarların fəaliyyətinə yaratdığı maneələrlə bağlı tez-tez şikayətlərə rast gəlinir.

"AzPolitika” xəbər verir ki, bu mövzuyla bağlı paylaşım edən iqtisadçı Natiq Cəfərli Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinin məhdudlaşdırılması əvəzinə, quruma yeni səlahiyyətlərin veriləcəyini bildirib.

"Hökumət, deyəsən, qərar verib ki, insanların, biznesin, sahibkarların pozitiv gözləntilərinin əksinə olan nə varsa, həmin addımları atsın – uzun zamandır müzakirə olunurdu ki, Azərbaycanda Gömrük Komitəsinin ayrıca, müstəqil, özü də rütbəli məmurlardan ibarət olan qurum kimi fəaliyyətinə ehtiyac yoxdur. Çoxdan təklif var ki, Komitə ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinə birləşdirilsin, həbri rütbələr ləğv edilsin, Gömrük gözə görünməz, iş adamlarına mane olmayan, nazirliklərin birinin tərkibində departament kimi fəaliyyət göstərsin, bir çox səlahiyyətləri azaldılsın. Bəzi hökuməti dəstəkləyən deputatlar da bu təklifə isti baxdıqlarını publik çıxışlarında söyləyirdilər.

Amma və lakin Gömrük komitəsinin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir – Komitə bundan sonra iş adamlarının ölkədən çıxışına "stop” qoya biləcək, "brokerlər” anlayışını rəsmiləşdirərək, adını "dolayı gömrük təmsilçiliyi" qoyacaqlar, onların Komitə daxilində reyestri yaranacaq, Gömrük Komitəsi kimi istəsə həmin siyahıya salacaq, kim istəsə o siyahıdan çıxaracaq və onların fəaliyyətləri Gömrük komitəsinin iki dodağı arasından keçəcək”, - N. Cəfərli yazıb.


İqtisadçı daha sonar qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası var, orada insanların səyahət sərbəstliyi maddəsi, bu maddənin Dövlət tərəfindən qorunması öhdəliyi var. "Zatən 5 ildir quru sərhədlərini bağlı saxlayıblar, zatən bir neçə dövlət-hökumət qurumuna Ana Yasada təsbit olunan hüququn məhdudlaşdırma səlahiyyəti tanıyıblar, indi də belə bir "stop” düyməsini Gömrük Komitəsinə verirlər – olmaz belə, Vallah olmaz...”Amma və lakin Gömrük komitəsinin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir – Komitə bundan sonra iş adamlarının ölkədən çıxışına "stop” qoya biləcək, "brokerlər” anlayışını rəsmiləşdirərək, adını "dolayı gömrük təmsilçiliyi" qoyacaqlar, onların Komitə daxilində reyestri yaranacaq, Gömrük Komitəsi kimi istəsə həmin siyahıya salacaq, kim istəsə o siyahıdan çıxaracaq və onların fəaliyyətləri Gömrük komitəsinin iki dodağı arasından keçəcək”, - N. Cəfərli yazıb.


İqtisadçı daha sonar qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası var, orada insanların səyahət sərbəstliyi maddəsi, bu maddənin Dövlət tərəfindən qorunması öhdəliyi var. "Zatən 5 ildir quru sərhədlərini bağlı saxlayıblar, zatən bir neçə dövlət-hökumət qurumuna Ana Yasada təsbit olunan hüququn məhdudlaşdırma səlahiyyəti tanıyıblar, indi də belə bir "stop” düyməsini Gömrük Komitəsinə verirlər – olmaz belə, Vallah olmaz...”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az