Goranboy rayonu Qaz İstismar Sahəsi təyinatı üzrə fəaliyyət göstərmir.
Bu barədə Tatarlı kənd sakini Ceyhunə Məhərrəmova VİZUAL.az-a məlumat verib. Kənd sakini bildirib ki, borc yarandığı üçün evinə verilən qazı kəsiblər.
Qaz idarəsinin işçiləri borcun müəyyən bir hissəsini ödədikdən sonra onun evinə qazın veriləcəyini deyiblər. C.Məhərrəmova borcunun bir hissəsini ödəməsinə baxmayaraq, hələ də qazın verilişi bərpa edilməyib.
Kənd sakini dəfələrlə Qaz İstismar Sahəsinə getsə də, xeyri olmayıb. 3 azyaşlı uşaqla evlərini isitməyə heç bir şey olmadığından narazılıq edən C.Məhərrəmova QİS-dən narazı qalan yeganə sakin deyil.
Digər kənd və qəsəbələrdə də abonentləri aldadan sahə işçiləri zorla pul tələb etməkdən belə çəkinmir. Qurum paytaxt və regionlarda qaz idarə işçilərinə ödəniş etməyi qadağan etsə də, sözügedən kənddə ödəmə terminalları qurulmayıb. Bu səbəbdən kənd sakinlərinin ödənişi yerli sahə işçilərinə ödəməkdən başqa çarəsi qalmır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL