Akademik Midhət Abasov vəfat edib. "Vətəninfo.az" “Musavat.com"a istinadən veridiyi məlumatına görə, 85 yaşlı Midhət Abasov aprelin 24-nə keçən gecə dünyasını dəyişib.
Midhət Abasov 1926-cı ildə doğulub. Azərbaycan Sənaye İnstitutunu (indiki Dövlət Neft Akademiyası) bitirib. 38 yaşında texnika elmləri doktoru elmi dərəcəsi alıb.
1980-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olub. Akademiyanın vitse-prezidenti (1990-1997), Dərin Neft-Qaz Yataqları İnstitutunun direktoru (1971-2003) postlarını tutub. 2003-cü ildən Geologiya İnstitutunda çalışıb.
Azərbaycan dövlət mükafatı laureatı, əməkdar elm xadimidir. 700-ə yaxın elmi əsərin, 20 monoqrafiyanın müəllifidir.
1991-1992-ci illərdə dövlət katibi vəzifəsini tutub.
Allah rəhmət eləsin!
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR