Avstraliya alimləri insan ömrünü uzatmağın universal üsulunu müəyyən ediblər. Bunun üçün gün ərzində bir saat divanda oturmaq və ya uzanmaq əvəzinə açıq havada gəzmək kifayətdir. Sidney Universitetinin mütəxəssislərinin bildirdiyinə görə, bu, vaxtından əvvəl ölüm hallarını 12-15 faiz azaldır.
Mütəxəssislər bu məqsədlə orta və yaşlı nəslin 200 mindən çox könüllü nümayəndəsi üzərində təcrübə aparıblar. İnsanlar vaxtlarının əsas hissəsini iş yerində keçirdiklərinə və onun 70 faizini oturaq halda olduqlarına görə, bu rejim orqanizmin tam yüklənməsini və fiziki fəallığını həddindən çox azaldır. Alimlər təcrübənin iştirakçılarına gün ərzində cəmi bir saat oturaq vəziyyəti gəzinti ilə dəyişməyi təklif ediblər. Nəticə gözlənilməz olub. Belə ki, bir saat gəzənlərdə yalnız ətalət deyil, eyni zamanda xroniki yorğunluq və yuxusuzluq, bununla bərabər gənc yaşda ölüm riski də azalıb. Alimlərin qənaətinə görə, gün ərzində bir saat idmanla məşğul olmaq insanların sağlamlığına çox böyük təsir göztərir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL