Son günlər ölkəmizdə havaların həddindən artıq isti keçməsi ilə əlaqədar günvurma hallarının sayı artıb. Günvurma hansı halda baş verir və bundan qorunmaq üçün nə etmək lazımdır?
Sualları cavablandıran Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nevrologiya şöbəsinin müdiri Dilarə Xəlilova AZƏRTAC-a müsahibəsində deyib ki, günvurma günəş şüalarının uzun müddət və birbaşa başın açıq sahələrinə təsiri nəticəsində yaranan vəziyyətdir. Günvurma əsasən yay mövsümündə uzun müddət günəş altında başıaçıq vəziyyətdə qaldıqda baş verir. Günəş şüalarının təsiri nəticəsində baş beyində qan axını artır və nəticədə qan dövranı pozulur. Günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olanlar və açıq havada günəş altında işləyənlərdir.
Dilarə Xəlilova, həmçinin bildirib ki, günvurma zamanı insanda kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və quruması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, tezləşmiş və səthi tənəffüs, qulaqlarda küy, ağır hallarda isə qıcolma və huşun pozulması kimi əlamətlər müşahidə olunur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL