Vətəninfo.az xəbər verir ki, Göygöl rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir yolunun 3-cü km-də qeydə alınıb. Gəncə sakini, 29 yaşlı Elvin Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobilə Qazax istiqamətdə hərəkətdə olarkən Adil Bağırovun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində xəsarət alan Adil Bağırov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər sürücü isə Elvin Rzayev isə ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır. İlkin ehtimallara görə, qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı Göygöl rayon Polis Şöbəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR