Bacısını qətlə yetirdi

Bacısını qətlə yetirdi
Hacıqabul rayon Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən xəbərə görə, 1997-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Hadıyev Namaz Mobil oğlu, bacısı 1998-ci il təvəllüdlü Hadıyeva Gövhər Mobil qızını qətlə yetirib. 
 Hadisə iyulun 5-də Bakı-Qazax magistralının 83-cü kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə qeydə alınıb.
Üzərində 38 bıçaq yarası olan meyit bu gün Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb.
İlkin məlumatlara görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən  Gövhər Hadıyevanın bir il əvvəl evlərindən çıxdığı, Bakıya gəldiyi və bir daha geri qayıtmadığı bildirilib. O bir neçə gün əvvəl qardaşı ilə telefonla danışıb və ondan bağışlanmasını istəyib. G. Hadıyeva Bakıdan taksi ilə həmin əraziyə gəlib.
Namaz Hadıyev qeyd olunan ərazidə bacısı ilə görüşüb, onu qətlə yetirib, meyiti yandırandan sonra Bakıya gedərək polisə təslim olub.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.
Moderator.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az