Hansı məşhurun atasının cənazəsini həyat yoldaşı qapısından içəri qoymadı? - FOTOLAR
Aşıq Mübariz əkiz övladları və digər ailə üzvləri ilə ilk dəfə kamera önünə keçib.
"Evdəkilərə salam" verlişinin heyətini bağ evində qonaq edən aşıq öncə aşpazlıq məharətini göstərərək, kabab bişirib.
Verlişin aparıcısı Aytəkin Mərdanova bildiri ki, ekiz olan oğlu və qızı ilə birlikdə çəkilişə davam edən aşıq Mübariz uşaqların ikinci evliliyindən oldğunu etiraf edib. İlk həyat yoldaşından daha iki övladı olan aşıq onlardan ata qayğısını əsirgəmədiyini bildirib. Birinci həyat yoldaşından boşanmasına gəlincə, bunun səbəbi eşidənləri təəcccüb içində saxlayır. Bəlli olub ki, atası dünyasını dəyişəndə cənazə övladının evinə gətirlərkən, aşığın birinci xanımı qaynatasının nəşinin qapısından içəri keçməyəcəyini bildirib. Onun bu hərəkəti ailənin dağılmasına səbəb olub. Bu barədə aşıq Mübarizin anası danışıb. O, oğlunu özünün seçdiyi qızla ikinci dəfə evləndirib. (Gecce.az)
Daha sonra ev sahibi sənət aləmindən söz açıb. O, Cavanşir Məmmədovla toylara getməyindən, Elxan Şirinovla yaxın sənət dostu olmağından danışıb. Çəkiliş zamanı Elxan Şirinov və Mənzurə Musayeva aşığın evində qonaq olub.
Qeyd edək ki, "Evdəkilərə salam" bazar günü saat 20:00-da Xəzər televiziyasından nümayiş etdiriləcək.
Miq.az